WhatsApp vasitəsilə pul göndərmək mümkündür

10 Avqust, 2017 21:07 | Həyat Tərzi | Baxış sayı: 346

Messencerin köməkliyi ilə pul əldə etmək də olacaq

WhatsApp-a yaxın günlərdə Payments adlı yeni funksiya əlavə olunacaq. İstiPress Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu funskiya vasitəsilə istifadəçilər, birbaşa messencerin köməkliyi ilə pul göndərə və ya əldə edə biləcəklər. Pul köçürmələri isə UPI adlı ümumi bank ödəniş sistemi vasitəsilə reallaşdırılacaq. Hələ ki, bu funksiyanın hansı ölkələrdə aktiv olacağı məlum deyil.

Xartırladaq ki, WhatsApp-a pul köçürmələri funksiyasının əlavə olunması xəbəri hələ bu ilin Aprel ayında yayılmışdı.