Oktyabrda sirli planet Yerə çırpılacaq - ŞOK İDDİA

10 Avqust, 2017 17:04 | Həyat Tərzi | Baxış sayı: 292
Qalaktika
Qalaktika

Əvvəllər görülməyən bir planet dünyanın üzərinə doğru gələcək

Ehtimal nəzəriyyəsinə görə, günəş tutulmasının ardından görünən "Nibiru" adlı planet Dünyaya çarpılaraq həyatı sonladıracaq.

Dünya ilə bağlı saysız-hesabsız ehtimal nəzəriyyəsi var. Bu nəzəriyyələr arasında bir yenisi (bir az da köhnəsi) gündəmə gəlib. Nəzəriyyəyə görə, günəş tutulmasından dərhal sonra sirli planet "Nibiru" görünməyə başlayacaq və dünyaya çarpılacaq.

Bu bir mütəxəssis tərəfindən ortaya atılan bu məsələ Numerolog David Maede tərəfindən gündəmə gətirilib.

Əfsanələşmiş sirli planet Nibirunun Dünyaya çırpılacağını bildirən Meade günəş tutulmasının ardından daha əvvəllər görülməyən bir planetin Dünyanın üzərinə doğru gələcəyini söyləyib. NASA isə bu xəbərləri "internet saxtakarlığı" olaraq açıqlayııb. Mövzu ilə bağlı heç bir dəlil olmadığını qeyd edən NASA 2003-cü ildən bəri Nibiru və ya Planet X olaraq adlandırılan bir planetin dünyaya dəyəcəyindən danışıldığını, ancaq belə bir planetin var olmadığını bildirib.

Maede bütün bu reaksiyalara baxmayaraq özünü müdafiə etməyə davam edir. O, Günəşin əkizi olan "ikili ulduz"un 21 avqustda baş verəcək Günəş tutulmasından sonra, 23 sentyabrda ortaya çıxacağını, oktyabr ayına qədər Dünya ilə toqquşacağını iddia edir. 

Hadisəni qiyamətlə birləşdirən Maedenin ehtimal nəzəriyyəsi müşahidə olunan kainata görə mümkün görünmür. Yenə də biz ümid edək ki, NASA haqlı çıxsın. Əks təqdirdə bizi çox da gözəl günlər gözləmir./moderator.az