3 aylıq şahzadə üzə çıxdı VİDEO, FOTOLAR

10 İyul, 2018 12:23 | Həyat Tərzi | Baxış sayı: 49
Şahzadə Lui
Şahzadə Lui

Kraliçanın nəticəsi xaç suyuna salınıb

Böyük britaniya kraliçası II Yelizavettanın nəvəsi, şahzadə Uilyamın üçüncü övladının yeni görüntüləri yayılıb. İstiPress-in məlumatına görə, ötən gün şahzadə Lui Artur Çarlzın xaç suyuna salınma mərasimi keçirilib. Görüntülər kral sarayı tərəfindən yayılıb. 

Mərasim ailə üzvləri və yaxınlarının olduqca məhdud çərcivəsində keçirilib. Körpəni xaç suyuna salan isə may ayında şahzadə Harri ilə Meqan Marklın nikahını bağlayan rahib olub. Onun xaç valideynləri isə cütlüyün yaxın dostları olublar. 

Aprel ayında üçüncü övladını dünyaya gətirən kral ailəsinin böyük gəlini Keyt Midelton mərasimə krem rəngli geyimdə qatılıb, obrazını isə başına taxdığı iri eyni rəngli aksesuarla tamamlayıb. Doğuşdan 3 aydan vaxt keçməsinə baxmayaraq gənc ana idela görünüşdə olub.