Bu ölkədə 55 dərəcə istilik qeydə alınıb

10 İyun, 2019 20:28 | Həyat Tərzi | Baxış sayı: 295
Ər-Riyad - Səudiyyə Ərəbistanının paytaxtı
Ər-Riyad - Səudiyyə Ərəbistanının paytaxtı

Səudiyyə Ərəbistanında anomal istilər davam edir.

İstiPress-in məlumatına, meteoroloq Həsən Kərani ölkənin şərqində, həmçinin qərb bölgəsinin bəzi məntəqələrində termometrlərin kölgədə 50 dərəcəyədək isti göstərdiyini qeyd edib.

Həmçinin sosial şəbəkə istifadəçiləri küçədə elektron monitorların gündüz vaxtı 55 dərəcə isti göstərdiyini əks etdirən fotolar paylaşırlar.

Eyni zamanda meteoroloji proqnozlarda ölkənin cənub-qərbində, o cümlədən Məkkə və Mədinədə yağışlı havaların, Qırmızı dəniz sahillərində isə bərk küləyin gözlənildiyi göstərilir.