Ramazan ayının 16 - cı günün duası

10 İyun, 2017 20:21 | Həyat Tərzi | Baxış sayı: 201
Ramazan ayının 16 - cı günün duası
Ramazan ayının 16 - cı günün duası

İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 16-cı günüdür. İstiPress xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda imsak saat 03:09-da, iftar isə saat 20:27-dədir.

Ramazan ayının 16-cı gününün duası:

"Allahummə vəffiqni fihi limuvafəqətil-əbrar. Və cənnibni fihi murafəqətəl-əşrar. Və avini fihi birəhmətikə ila daril-qərar. Bi-ilahiyyətikə ya ilahəl-aləmin".

Tərcüməsi:

"İlahi, bu gün yaxşı bəndələrin tayı olmağı mənə nəsib et! Məni pis adamlardan uzaqlaşdır! Bu gün mənə öz rəhmətinlə behişt qərargahında yer ver! Allahlığına and verirəm, ey aləmlərin Allahı".

Allah orucunuzu qəbul etsin!

Ramazan ayının təqvimi
Ramazan ayının təqvimi