Bu il Həccə gedən azərbaycanlıların sayı məlum oldu

10 May, 2018 17:26 | Həyat Tərzi | Baxış sayı: 117
Məkkə şəhərində Həcc ziyarətgahı
Məkkə şəhərində Həcc ziyarətgahı

Bu il Azərbaycandan Həcc ziyarətinə getmək istəyən 1420 nəfər Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) sənəd verib. İstiPress-in məlumatına görə, onların arasında təxminən 15-ə yaxın şəxs əvvəllər Həcc ziyarətində olanlardır.

Bildirilib ki, Azərbaycan üçün ayrılan kvotadan hazırda cəmi 20 boş yer var və bir-iki günə bu yerlərə də sənəd veriləcəyi gözlənilir. Bu il üçün kvotanın artırılması planlaşdırılmır.

Məlumata görə, Azərbaycandan gedəcək zəvvarlar üçün artıq otel tutulub.

Qeyd edək ki, Həcc ziyarəti avqust ayında olacaq.

Xatırladaq ki, bu il Həcc ziyarəti üçün qiymət 4150 dollar müəyyən edilib. Azərbaycandan təkrar Həcc ziyarətinə gedəcək zəvvarlar ötən il olduğu kimi, əlavə 535 dollar ödəyəcəklər. Həcc ziyarəti üçün Azərbaycana 1440 kvota ayrılıb.