İnsanları öldürən 10 xəstəlik - SİYAHI

10 May, 2017 10:31 | Həyat Tərzi | Baxış sayı: 257
Xəstəlik
Xəstəlik

Bir ilə 56 milyondan çox insan ölüb

Ümumdünya Səhiyyə Təşkilatı ölümə səbəb olan 10 əsas amili açıqlayıb. İstiPress-in verdiyi məlumata görə, hər il adıçəkilən qurum regionlar üzrə ölüm səviyyəsini və səbəblərinin təhlilini aparır. Ən son statistik göstəricilər isə 2015-ci ilə aiddir. Məlumata görə, dünyada bir il ərzində 56 400 000 insan ölüb.

Təbii səbəblərdən başqa, hər il ən çox insan ölümünə səbəb olan 10 amil də açıqlanıb.  

Ürəyin işemik xəstəliyi və insult 

Son 15 ildə bu iki xəstəlik reytinqdə ilk yeri tutur. Məhz onlar daha çox insanın ölümünə yol aça bilir. Bir ildə adıçəkilən xəstəliklər 15 milyon insanın ölümünə yol açıb.

Aşağı tənəffüs yollarının infeksiyası 

Ölümcül infeksiyalardan biri olaraq qalmağa davam edir. Bir ilə 3,2 milyon insanı öldürüb. 

Ciyərlərin xroniki xəstəliyi 

İlə 3,2 milyon insan. 

Ciyər xərçəngi 

Bura traxeya xərçəngi və bronxit də aiddir. Ümumi nəticəsi ildə 1,7 milyon adam ölüb. 

Diabet 

1,6 milyon insanı həyatdan qoparıb. Son 30 ildə diabet xəstələrinin sayı demək olar ki, 4 dəfə çoxalıb. 2000-ci ildə xəstəlikdən ölənlərin sayı 1 milyon olsa da, 5 ilə bu rəqəm 600 min artıb. 

Demensiya

Beş ildə xəstəlikdən əziyyət çəkənlərin sayı 2 dəfəyə yaxın çoxalıb. Bunun üçün də bu dünyada ən çox ölümə səbəb olan 7-ci amil kimi qeyd edilib. 

Diareya xəstəlikləri 

Son beş ildə xəstəliyin səbəb olduğu ölüm halları demək olar ki, 2 dəfə azalıb. Lakin insanlar hələ də tam müalicə ola bilmirlər -  bir ilə 1,4 milyon adam. 

Vərəm 

Düzdür, xəstəliyə yoluxanların sayı azalsa da, ölüm səviyyəsi hələ də yüksək qalmaqda davam edir -  1,4 milyon insan. 

Yol-nəqliyyat hadisələri

Bir il ərzində qəzalar 1,3 milyon insanın həyatına son qoyub. Bunun 76 faizi kişilərdir.