Ağciyərinizi qorumaq üçün onu çeynəyin

10 Aprel, 2020 16:33 | Həyat Tərzi | Baxış sayı: 429
5e455aa8d3806c1d4025bd21
5e455aa8d3806c1d4025bd21

Bu orqanın təmizlənməsi həyat keyfiyyətinizi daha da yaxşılaşdıracaq

Rahat nəfəs almağımız üçün ağciyərimizin qeydinə xüsusi qalmaq lazımdır. Siqaret, çirkli hava, stres bu işi çox zaman çətinləşdirə bilir. Toksik maddələr zamanla təmizlənməzsə onlar ağciyər xərçənginə belə səbəb ola bilər. Bunun ilk yolu siqaret kimi ziyanlı vərdişdən əl çəkməkdir. Amma bəzi qidalar bu orqanın təmizlənməsi və fəaliyyətini daha yaxşı davam etdirməsi üçün əvəzsizdir. 

1. Zəncəfil - İltihaba qarşı təsirə malikdir. 

2. Sarımsaq - Təbii antibiotikdir. 

3. Kəklikotu -  ucucu yağlar nəfəs daralmasının qarşısını alır. Antibakterial özəlliyə sahibdir. 

4. Qara kök - Bəlğəmi təmizləyir. 

5. Keçibuynuzu -  Detoks təsirə malikdir. 

6. Üzüm toxumu -  Resveratrol maddeəsi sayəsində sərbəst radikallarla savaşır. Onu çeynəmək lazımdır. 

7. Kərəviz -  kanserogen maddələrin yaranmasının qarşısını alır.