Dəmir yaradan 10 supeür qida FOTO

10 Mart, 2020 13:55 | Həyat Tərzi | Baxış sayı: 275
Bəkməz
Bəkməz

Nənələrimizin sağlamlıq yolları doğru çıxdı

Dəmir insan orqanizmində ən önəmli fermentlərdən biri hesab edilir. Onun əksikliyi qan azlığı, nevroloji problemlər, hüceyrə funksiyalarının zəifləməsi, bəzi hormonların ifrazının pozulması kimi problemlərə səbəb olur. Son zamanlar xüsusi ilə qadın və uşaqlar arasında dəmir əksikliyindən əziyyət çəkənlərin sayı sürətlə artır.

Dəmir azalanda halsızlıq, baş gicəllənməsi, tez yorulma, dərinin rənginin solması, baş ağrısı, iştahsızlıq, soyuğa həssaslıq kimi hallar müşahidə oluna bilər. 

Lakin indi adını çəkəcəyimiz 10 məhsulu gündəlik menyuya daxil olmaqla qanda dəmirin miidarını sürətli şəkildə bərpa etmək mümkündür. Bəs onlar hansılardır? 

Balqabaq toxumu 
100 qram toxumda 9 mq dəmir var. Bu toxumlar eyni zamanda B, E vitaminləri, maqnezium, sinklə də zəngindir. Enerji dəyəri yüksək olduğu üçün gündə bir ovucdan çox qəbulu məsləhət deyil. 

Balqabaq toxumu
Balqabaq toxumu

Qırmızı ət 
Ətin 100 qramında 2.7 mq dəmir mövcuddur. Bu isə gündəlik normanın 15 faizi deməkdir. Xolestrol səviyyəsini də qanla paralel artırma riski var. Bunun üçün də istifadəsində diqqətli olmaq vacibdir. Mütəxəssislər həftədə 350-500 qramdan çox istifadə etməməyi məsləhət görürlər.
Qırmızı ətin ən yaxşı alternatividir. Ən yaxşı istifadə üsulu dərisiz və soyutmadır. 

Çərəz 
Yüksək antioksidan tərkibi ilə immuniteti gücləndirir. Ancaq kalori dəyəri yüksək olduğu üçün qan şəkərini də sürətlə artıra bilər. Ən yaxşısı ara qida kimi istifadə etməkdir. Bu zaman çalışın norma 1 yemək qaşığı kişmiş, 3-4 ədəd qaysı, 1 quru əncir, 2 qozdan dən çox olmasın. Bşqaları ilə müqayisədə çəyirdəkli çərəzlərdə dəmir iki dəfə daha artıqdır.

Yumurta 
Ana südündən sonra ikinci ən keyfiyyətli protein mənbəyidir. Tərkibindəki zəngin dəmirə görə qan azlığının qarşısını alır. Bunun üçün gündə bir yumurta yemək məsləhətdir. 

Paxlalılar
Mərcimək, noxud, lobya və s eyni zamanda süd vermə və hmiəlik dönəmində artan dəmir əksinliyinin qarşısını almağın ən yaxşı yoludur. Onların yanında bol limonlu göyərtilər yeyərək dəmirin sovrulmasını yaxşılaşdırmaq olar. 

Qaraciyər 
Qan əksikliyi olnalar üçün ən faydalı məhsuldur. Qan artırıcı özəlliyi ilə fərqlənir. Ancaq orqan ətləri xolestrolu artırdığı üçün mütləq həkim məsləhəti ilə qəbul edilməlidir.

İspanaq 
Qış aylarının dəmirlə ən zəngin məhsuludur. Ancaq onun tərkibindəki başqa maddələr dəmirin sovrulmasına maneə yarada bilərlər. Bunun üçün daha yaxşı olarki ispanağı ciy deyil, yarı bişirib yeyəsiniz

Bəkməz 
Dəmir, kalsium, fosfor kimi maddələrlə zəngin bəkməzdən hələ qədim dövrlərdə qan artırıcı kimi faydalanıblar. 20 q bəkməzdə 2 mq dəmir var. Uşaqların qidalarında şəkər əvəzinə istifadə oluna bilər. Ancaq qan şəkərini sürətlə artıra bilər. Bunun üçün istifadəsində diqqətli olmaq lazımdır.