Bu da yeraltı avtobus VİDEO

10 Mart, 2018 14:35 | Həyat Tərzi | Baxış sayı: 289
Elektro avtobus
Elektro avtobus

Avtobus saatda 200 km sürət yığa biləcək

“SpaceX” və “Tesla” kompaniyalarının yaradıcısı İlon Mask özünün "Twitter" səhifəsində yeraltı elektrobusun konseptini dərc edib. Maskın sözlərinə görə, yeni ictimai şəhər nəqliyyatı növünün hazırlanmasını onun “The Boring Company” şirkəti həyata keçirir. Elektrobusun saatda 200 kilometrə qədər sürət yığacağı ehtimal olunur. O, həmçinin tunellər və liftlər arasında avtomatik keçid edə biləcək.

Bununla yanaşı, yeni nəqliyyat vasitəsi əsasən piyadalar və velosipedçilər üçün nəzərdə tutulub. “İctimai nəqliyyatın bütün ehtiyacları ödənildikdən sonra sistem avtomobilləri də daşıya biləcək”.

Habelə qeyd edir ki, layihənin reallaşdırılması üçün minlərlə kiçik dayanacaqlar tikiləcək. Bu, az sayda, lakin böyük ölçülü stansiyaların tikildiyi metro ilə yeni nəqliyyat vasitəsi arasında əsas fərq olacaq.