Ürəyi zəif olanlar baxmasın: Məşhur aparıcı insan beyni yedi - VİDEO

10 Mart, 2017 16:45 | Həyat Tərzi | Baxış sayı: 292
Qızardılmış ət
Qızardılmış ət

Aparıcı ölmüş adamın külünü üzünə sürtüb

CNN-in aparıcısı Reza Aslan qalmaqallı reportaj hazırlayıb. İstiPress-in məlumatına görə, o, hazırladığı verilişdə qızardılmış insan beyni yeyib. 

Jurnalist hannibal həyat tərzi sürən hinduları çəkib. Hanniballılar jurnalistə bir müddət əvvəl qohumlarının ölmüş beynini qızardıb veriblər. R.Aslan ölmüş adamın külünü üzünə sürtərək qızardılmış insan beyni yeyib. 

Jurnalist isə sosial şəbəkədə bildirib ki, qızardılmış insan beyni kömür dadı verir: "Bilmək istəyirsən, qızardılmış insan beyninin dadı necə olur? Kömür dadı verir. Onlar adamı yandırıblar". ABŞ-da veriliş qalmaqalla qarşılanıb. Belə ki, hindulara qarşı təhqir olunduğu iddia olunub.