Milyarder üçün 645 milyonluq super yaxta FOTO

10 Fevral, 2020 11:33 | Həyat Tərzi | Baxış sayı: 75
Yaxta
Yaxta

Yaxta hidrogenlə işləyəcək

Dünyanın ən varlı adamlarından biri superyaxta alır. Söhbət "Microsoft"un yaradıcısı olan milyarder Bill Geytsdən gedir. İş adamı yaxta üçün 645 milyon dollar ödəyəcək. Sifarişlə hazırlanacaq superyaxtanın içində isə olmayn yoxdur. 

Fərqli dizaynla hazırlanan super yaxta maye hidrogenlə işləyəcək. 112 metr uzunluğu olan yaxta kiçik saraydan fərqlənmir. Ətraf mühit dostu adlandırılan yanacaq növü ilə işləyən gəmi təbiətə də ziyan vurmayacaq.

Yaxtada 14 qonaq, 31 heyət üzvi yerləşə bilər. Onun daxilində yataq, qonaq otaqlarından əlavə idman zalı, yoqa studiyası, masaj otağı, hətta üzgücülük hovuzu da olacaq.

"Aqua" adlı yaxtanın 2024-cü ildə sulara enəcəyi gözlənilir.