"WhatsApp"ın super yeniliyi - heç kim mesajlarınızı oxuya bilməyəcək

10 Yanvar, 2019 10:33 | Həyat Tərzi | Baxış sayı: 541
"WhatsApp"
"WhatsApp"

Təhlükəsizlik beş qat artırılır

"WhatsApp"ın aylardır gizli saxladığı daha bir super özəlliyi ortaya çıxdı. 
Milyarda yaxın insanın istifadə etdiyi ani mesajlaşma sistemi ilin ilk yeniliyini təqdim etməyə hazırlaşır. Bəs bu yenilik nədən ibarətdir?

Söhbət təhlükəsizliyin təminatının gücləndirilməsindən gedir. Belə ki, artıq "WhatsApp" istifadəçisi özünün barmaq izi ilə danışıqlarına baxa biləcək. Bu əlavə isə "tənzimləmələr" bölməsində yer alacaq. Bunun üçün adçəkilən bölmədəki "gizlilik" kateqoriyasında xüsusi düymə yerləşdiriləcək.

Bu tədbiqin icrası başladıqdan sonra hər hansı telefona qoyulan kod sındırılsa belə, istifadəçisinin barmaq izini verməyən "WhatsApp"a girə bilməyəcəklər.

Yeniliyin hələlik beta versiyada istifadə ediləci gözlənilir.