Yanvarın 31-də gözünüz göydə olsun - 150 ildən bir olan hadisə

10 Yanvar, 2018 10:27 | Həyat Tərzi | Baxış sayı: 424
Super ay
Super ay

Səma şousunu qaçırmayın

Yanvar ayının son günündə nadir səma hadisəsi baş verəcək. İstiPress-in məlumatına görə, bu proses 150 ildən bir baş verir. Yanvarın son günü gecə Aya baxmağı unutmayın. 

Məhz həmin gün ayla bağlı bir necə astroloji proses eyni anda yaşanacaq. Ən son belə hadisə 152-il qabaq  - 31 mart 1866-cı ildə baş verib. Ayın tutulması ilə birlikdə qızıl, mavi, super ay da gerçəkləşəcək. 

NASA-da bir neçə gün öncə bu nadir hadisə ilə bağlı xəbərdarlıq edib və səma şousunu qaçırmamağı tövsiyyə edib. 

Bu proses 1 saat 16 dəqiqə davam edəcək. Bu nadir hadisəni ən yaxşı, açıq gözlə İndoneziya, Mərkəzi, Şərqi Asiya, Avstraliya, Yeni Zellandiyadan izləmək mümkün olacaq.