Qadın kimi böyüdülən kişilər FOTOLAR

10 Yanvar, 2018 12:55 | Həyat Tərzi | Baxış sayı: 675
"Fa’afafine"lər
"Fa’afafine"lər

Bu ölkənin tərbiyəsi sizi çaşdıracaq

Bu ölkədəki həyat sizi çox təəccübləndirə bilər... Söhbət Samoadan gedir. Sakit okeandakı Polinezyadakı bu kiçik ölkə adalardan ibarətdir. İlk baxışdan hər şey adi görünə bilər. Amma adada yaşayanların qeyri-adi bir adəti var. 

Samoada "Fa’afafina" adlandırılan bir toplum yaşayır. Burada kişilər qadın kimi böyüdülürlər. Bunun səbəbi isə olduqca maraqlıdır... 

"Fa’afafina"lar üçüncü cinsiyyət hesab edilirlər. Bu toplumda yaşayanlar bioloji olaraq kişidirlər. Amma davranışları, geyimləri qadınlardan fərqlənmir. Bunun səbəbi isə ailənin onları buna məcbur etməsidir. Bu adətin tarixi yüzillərlə ölçülür. Adətə görə, ailədəki oğlan uşaqlarından biri təmizlik, uşağa qulluq, yemək bişirmək, qab-paltar yumaq və s ev işlərini görə bilməsi üçün qadın kimi yetişdirilir. 

Özlərini dərk edəndən qız kimi böyüdülən şəxslər yetkinlik yaşına çatdıqda özlərini nə tam qadın, nə kişi kimi hiss etmirlər. Nəticədə seçim qarşısında qalırlar. Çoxları isə qadın işlərini daha yaxşı bacardıqları üçün görünüşləri, davranışlarını, hətta cinsi oriyentasiyalarını buna görə tənzimləyirlər.  Toplumun onları qəbul etməsi də məhz belə "fədakarlıqlara" qatlanmaları ilə izah edilir. 

"Fa’afafine"ləri kəşf edən qərb buranı cinsi azlıqlar üçün "cənnət" kimi təqdim edib. Bundan sonra Samoada kimlik deformasiyası başlayıb. Seks turizmi artdığı üçün yoluxucu xəstəliklər də artıb. Belə hadisələrdən sonra hökumət "Fa’afafine"lərlə bağlı ciddi qərarlar qəbul edib. Nəticədə ölkədə eynicinslilər arasında münasibət qadağan edilib, onların təqibi başlayıb. Baş qaldıran çətinliklərdən sonra qadın kimi yetişən kişilərin bir hissəsi ölkədə gedib.