Dişlər plombsuz düzələcək

10 Yanvar, 2017 14:05 | Həyat Tərzi | Baxış sayı: 91
Diş
Diş

İngilis alimlərdən qeyri-adi ixtira

Xarab olan dişləri öz-özünə bərpa oluna bilər. Bununla da plomb müalicəsi aradan qalxacaq. İstiPress-in “bbc.com”a istinadla verdiyi məlumata görə, London Kral Kollecindən bir qrup alimin fikrincə, “Tideglusib” adlı kimyəvi maddə siçanlarda olan diş pulpası hüceyrələrini dişdəki kiçik deşiyi sağaltmağa yönəldə bilər. Bu üsul tam və səmərəli təbii yolla bərpa olunmağa gətirib çıxaracaq.

Dişlərdə regenerasiya qabiliyyəti çox məhduddur. Əgər daxili diş pulpası dağılarsa, insan orqanizmi sərt diş toxuması olan dentinin nazik təbəqəsini əmələ gətirməyə qadirdir. Böyük zədələri bu yolla sağaltmaq mümkün olmur. 

"Tideglusib" preparatı dişin özəyinində kök hüceyrələri fəallaşdırır. Bu da siçanlarda 0,13 mm-lik dəliklərin bərpasına imkan verir. 

Ərimə qabiliyyətinə malik maddə dişin zədəli hissəsinə qoyulur. Üzəridən qoruyucu örtük çəkilir. Maddə əriyir və diş bərpa edilir. 

İndi alimlər bu yolla böyük zədələri də aradan qaldırmağın yollarını araşdırır.