Günəş tutulmasının vaxtı bilindi

09 Dekabr, 2019 11:31 | Həyat Tərzi | Baxış sayı: 145
Günəş tutulması
Günəş tutulması

Bu 2019-cu il üçün son tutulma olacaq

2019-cu ildə baş verəcək sonuncu Günəş tutulmasının vaxtı açıqlanıb.

AMEA-nın NəsirəddinTusi adına Şamaxı Astrofizika Rəsədxanasından  verilən məlumata görə, dekabrın 26-da Bakı vaxtı ilə saat 06:30-da Günəş tutulması başlanacaq və 12:06-da yekunlaşacaq.

Bakı şəhəri ərazisində 08:03-dən 08:52-yə qədər üfüqə yaxın yerdə sözügedən təbiət hadisəsini izləmək mümkün olacaq/