Məktəblilərin hər gün keçdiyi "ölüm yolu" FOTOLAR

09 Noyabr, 2017 14:30 | Həyat Tərzi | Baxış sayı: 114
Çin
Çin

Uşaqlar dərsə getmək üçün düz dağa dırmanırlar

Bu uşaqlar məktəbə getmək üçün "ölüm yolundan" keçirlər. İstiPress-in məlumatına görə, uşaqlar məktəbə getmək üçün hər gün 800 metrlik bir dağı dırmanmağa məcburdurlar. Dağı keçmək üçün isə onlar taxtadan hazırlanmış yüzlərlə pilləkandan keçməlidirlər. Pilləkanın taxta pillələri çürüməyə doğru gedəndə isə qəzanın qarşısını almaq üçün dərhal kəndlilər tərəfindən dəyişdirilir. 

Çinin Sicuan vilayətinin Atuler kəndində yaşayan şagirdlərin təhlükləi səfəri gündə azı 90 dəqiqə zamanlarını alır. Olduqca təhlükəli və dik olan bu yolda uşaq ölümləri də baş verib. Ani bir ehtiyatsızlıq sizi uçurum dibinə apara bilər.

72 ailənin yaşadığı kənd dağlıq olduğu üçün dövlət burada məktəb tikməyin mümkün olmadığını bildirir.