Baba nəvəsi üçün 3 min km piyada getdi, oynadı, qayıtdı VİDEO

09 Noyabr, 2017 10:40 | Həyat Tərzi | Baxış sayı: 133
Yaşlı kişi
Yaşlı kişi

Yaşı belə bilinməyən aborogenin fədakarlığı

Avstraliyanın aborogenlərindən biri nəvəsi üçün böyük fədakarlıq edib. İstiPress-in məlumatına görə, Gali Yalkarrivuy Gurruvivi adlı yaşlı kişi nəvəsinin məzuniyyət mərasiminə qatılmaq üçün 3 min km məsafəni piyada gedib.

Arnhem Land şəhərində yaşayan yaşlı kişinin nəvəsi Viktoriya Melbrunda təhsil alıb. Yaşlı adam mərasimdə yerli bir rəqsi nümayiş etdirmək üçün yollara düşüb. 

Öz yaşını belə bilməyən kişi bu qədər piyada gəzdikdən sonra nəvəsi olan şəhərə çatıb. lakin mərasim günü onun səhhətində problem yaranıb. Buna baxmayaraq o, "şimal küləyi" mənasına gələn yerli rəqsini ifa edib. 

Ailəsinin sözlərinə görə, Gurruvivinin ən çox xoşuna gələn nəvələri ilə rəqs etmədir. Bu dəfə isə o rəqsini uğurları ilə qürurulandığı nəvəsi üçün xüsusi bir zövqlə edib.