Polisdən Bakıda Aşura xəbərdarlığı

09 Sentyabr, 2019 11:00 | Həyat Tərzi | Baxış sayı: 147
Aşura
Aşura

Kənarda mərasimlərin, küçə yürüşlərinə imkan verilməyəcək

Aşura mərasimləri ilə əlaqədar ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini ilə əlaqədar paytaxt polisi gücləndirilmiş iş rejimində çalışacaq. Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətindən verilən məlumata görə, Bakının bütün məscid və ziyarətgahların ətrafında ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazilərə əlavə polis naryadları cəlb olunacağı bildirilib. 

"Dini ayinlərin keçiriləcəyi yerlərdə ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı təminatı həyata keçilməklə, müəyyən edilən ünvanlardan kənarda mərasimlərin, küçə yürüşlərinin keçirilməsinə imkan verilməyəcək".

Xatırladaq ki, Aşura sabahdır.