İngilis cütlük naməlum canlı tapdı

09 Sentyabr, 2019 14:29 | Həyat Tərzi | Baxış sayı: 129
Naməlum varlıq
Naməlum varlıq

İlan formasında olan məxluqun iri dişləri də var

Britaniyalı cütlük həyətlərində qəribə məxluq aşkar ediblər. Canlını Kinqston-apon-Hall şəhərində yaşayan ailə tapıb. 

Vendi Qrey və Endo Veer adlı cütlüyün sözlərinə görə, bu ilana bənzəyir. Lakin canlı oqranizmin dişləri və dimdiyi də var. O, evin arxa həyətinə göydən düşüb. Onlar tapdıqları məxluqu stəkana qoyaraq internetdə onun nə olmasını araşdırmağa başlayıblar. Lakin heç bir nəticə əldə etməyiblər.

Onların sözlərinə görə "tapıntı" elə görünür ki, sanki onun yarısını yeyeiblər. Yerli jurnalistlər də tapılan naməlum varlığı heç nəyə bənzədə bilməyiblər.