Bir aylıq uşağın 7 dişi çəkildi

09 Sentyabr, 2017 13:41 | Həyat Tərzi | Baxış sayı: 214
Körpə uşaq
Körpə uşaq

Dişlər tam sağlam olub

Hindistanda 1 aylıq uşağın ağzını görən həkimlər sözün əsl mənasında şoka düşüblər. İstiPress-in məlumatına görə, Qudcarat ştataında yeni doğulan körpənin düz 7 dişini çıxarıblar. 

Dişlər o doğulandan bir neçə gün sonra müşahidə edilib. Pediatr müayinədən sonra valideynləri cərrahın yanına göndərib. O, isə körpənin dişlərinin böyük adamınkindən fərqlənmədiyini deyib. Lakin uşağın rahat nəfəs alması üçün onların çəkilməsinin lazım olduğu deyilib. Əks halda bu dişlər körpəni boğa bilərdi. 

Əməliyyat iki mərhələdə olub. Əvvəlcə 4, sonra isə 3 diş çəkilib. Hələlik uşağın vəziyyəti normaldır, amma bunun gələcəkdə onun sağlam dişlərə sahib olmasına təsir edib-etməyəcəyi bilinmir.