"WhatsApp" işlədənlərə pis xəbər

09 Avqust, 2018 13:40 | Həyat Tərzi | Baxış sayı: 455
WhatsApp
WhatsApp

Adınızdan dostlarınıza yazmadığınız mesaajlar gedə bilər

"WhatsApp"da boşluq aşkarlandı. Mesajlaşma xidməti saxta xəbərlərin yayaılmasının qarşısını almağa çalışdığı bir zamanda başqa problemlər ortaya çıxıb. Hakerlər sizin adınızdan siyahınızda olan adamlara mesaj göndərə bilərlər. İndi bu boşluq "WhatsApp"ın milyonlarla istifadəçisini təhdid edir.

Bu boşluqdan istifadə edilərək hətta göndərilən mesajların tərkibi də dəyişdirilə bilər. "Check Point" araşdırmaçılarının məlumatına görə, problem qrup söhbətlərindən çıxarılan bəzi məzmunları götürə, onu alan şəxsin kimliyi belə dəyişdirmək imkanı verir. 

Məhz bu sayədə saxta xəbərlərin bütün dünyada daha sürətlə yayaılmasına yol açıla bilərlər.