Britaniya kraliçası Məhəmməd peyğəmbərin nəslindəndir?

09 İyul, 2018 12:10 | Həyat Tərzi | Baxış sayı: 200
II Elizabet
II Elizabet

Böyük Britaniya kraliçası II Yelizavetta Məhəmməd Peyğəmbərin (s.ə.s)  43-cü nəslindəndir. İstiPress-in məlumatına görə, bu maraqlı iddia "Komsomolskaya Pravda" da yer alıb. 

Əslində bu xəbər bir müddət öncə İslam saytlarının bəzilərində yayılmağa başlayıb. Çoxları bunu zarafat hesab edirdi. 

Bu versiyanın ilk yayıldığı yer 1968-ci ildə London olub. Onu səsləndirən isə sarı mətbuat yox, yüz illər ərzində monarx ailəsinin genetik sorğusu barədə nəşrlər edən "Burke's Peerage" nəşri olub. Vindzorov qəsrinin sakinlərinin əcdadlarını araşdıran ekspertlər İslam peyğəmbəri ilə qan bağlılığı tapıblar. "Britaniyada çox az adama kraliçanın damarlarında Məhəmməd peyğəmbərin qanının axdığı bəllidir", deyə nəşrin rəhbəri Harolda Bruks Beyker bildirib. "Ancaq bütün müsəlman liderlər bununla fəxr edir". 

Bu versiya müəyyən zamanlarda mətbuatda özünə yer edib. Bu il isə xüsusi ilə fəallaşıb. 

Bunu müxtəlif məqamlarla da əsaslandıranlar var. Məsələn, İngiltərə Avropa İttifaqından çıxıb, milli valyutasını saxlayıb, Yaxın Şərqdən olan monarx ailələri ilə daha yaxın münasibətlər qurulub və s. 

Bu iddianın nə dərəcədə doğru olduğu isə heç kimə bəlli deyil.