Ürəyin əsas düşməni tapıldı

09 İyun, 2018 16:50 | Həyat Tərzi | Baxış sayı: 489
Tənhalıq
Tənhalıq

Tənha qalmaq tez öldürür

Tənhalıq ölümlə nəticələnən ürək-damar xəstəliklərinin əsas səbəblərindən biridir. Elm adamları uzun müşahidələrindən sonra bu qənaətə gəliblər. Dublində keçirilən "EuroHeartCare 2018" konqresində çıxış edən mütəxəssislərin sözlərinə görə, hər il tənha insanların sayı öz rekordunu yeniləyir. Yalqızlıq və sosial cəhətdən təcrid edilmə insult və ya başqa ürək damar xəstəliklərinin səviyyəsinin artımına da təsir edir. 

Alimlər son illər sosial həyatın, ailə, uşaqların, qohumların insan sağlamlığı üzərindəki rolunu daha geniş araşdırırlar. Müşahidələr göstərir ki, tənha insanlar ailəli həmyaşıdları ilə müqayisədə bir neçə il az yaşayırlar. Bundan başqa onlarda insult və infarkta meyillilik də daha çox olur.

Sən demə tənhalıq piylənmə və ya hər hansı başqa ürək-damar xəstəliyindən daha çox insanı öldürür. Aparılan araşdırmalar həm də müəyyən ediblər ki, tənhalıq qadınlarda və kişilərdə vaxtından öncə ölüm riskini eyni dərəcədə - iki dəfə artırır. 

Danimarkalı həkimlər hesab edirlər ki, təhna insanlar o qədər də sağlam həyat tərzi sürmür, ünsiyyətə daxil ola bilmir, idmanla məşğul olub, fəal həyat tərzi keçirmir, hətta onlara yazılan dərmanları belə qəbul etməyi unudurlar.