Putin delikates bişirib yedi VİDEO

09 İyun, 2018 10:40 | Həyat Tərzi | Baxış sayı: 139
V.Putin Çində
V.Putin Çində

Rus lider pelemenini xatırlayıb

Rusiya prezidenti Vladimir Putin Çindən olan həmkarı Si Tsinpin ilə kulinar bacarığını nümayiş etdirib. İstiPress-in məlumatına görə, Putin həmkarı ilə birlikdə Çin mətbəxinə xas olan yeməklərin hazırlanması pürosesini izləyib. O, özü də bu delikateslərdən bəzilərini hazırlayıb.

Daha sonra prezidentlər öz hazırladıqları təamı dadıblar. Rus lider Çin qoubulisini bəyəndiyini deyib və onu pelemeniyə bənzədib.

Putin Çinin ənənəvi səhər yeməyinin də dadına baxıb.

Xatırladaq ki, Rusiya lideri Şanxay Əməkdaşlıq Təşkilatının tplantısına qatılmaq üçün Çinə səfər edib.