İbn Sinadan xərçəng düşməni resep

09 İyun, 2018 15:40 | Həyat Tərzi | Baxış sayı: 575
Zeytun yağı və əncir
Zeytun yağı və əncir

Cəmi iki məhsul lazımdır

Tibb günü-gündən inkişaf etsə də, bir çox xəstəliklərin müalicəsində xalq təbabətindən istifadə get-gedə geniş yayılır. Xüsusilə orta əsrlərin təbiblərinin reseptləri bir çox xəstələr üçün çıxış yoludur. 

Reseptləri bu gündə öz aktuallığını qoruyan loğmanlardan biri də İbn Sinadır. 980 - 1037-ci illərdə yaşayan dövrünün ən böyük təbiblərindən biri kimi tarixə adını qızıl hərflərlə yazdırıb. Onun bu günə kimi minlərlə insanın müalicə vasitəsi kimi seçdiyi resepti isə cəmi iki məhsuldan ibarətdir. Əncir qurusu və zeytun yağı. Bəs bu məhsullardan hazırlanan qarışım necə əldə edilir və nəyə faydalıdır? 

250 qram quru əncir yuyulur, süzülür və quşbaşı formasında doğranır. Onları üzərini örtənədək zeytun yağı olan qaba yerləşdiririk. Qabın ağzı möhkəm bağlanır və 5 gün qaranlıq yerdə saxlanılır. Bundan sonra səhər və axşam olmaqla gündə iki dəfə acqarına qəbul edilir.

Zeytun yağlı əncir əsasən tənəffüs yolları, astma problemi olanlar üçün faydalıdır. Bu qarışın xərçəngin də düşməni hesab edilir. Hüceyrələri qoruyan məhluldan müntəzəm istifadə sağlamlıqla bağlı bir çox problemi aradan qaldırır.
Bağırsaqların fəaliyyətini yaxşılaşdırır, yaddaşı, immuniteti gücləndirir, ürək xəstəliklərindən qoruyur, dişləri möhkəmləndirir, xolestrolu tənzimləyir və metobolizmanı sürətləndirir. 
Əncir
Əncir