51 yaşında üçəm doğdu

09 İyun, 2018 10:09 | Həyat Tərzi | Baxış sayı: 173
Körpə
Körpə

Bu onun ilk doğuşu olub

Rusiyada 51 yaşlı qadın hər kəsi şoka salıb. İstiPress-in məlumatına görə, Vladivastok sakininin 51 yaşında övladı dünyaya gəlib. Həm də üçəm. Bu qadının ilk doğuşu olub. 

Körpələr iyunun 4-də dünyaya gəliblər. Onlardan ikisi oğlan, biri isə qızdır. Körpələr 1480, 2300 və 2400 qram çəkiyə malik olublar. 

Hazırda xəstəxanada olan uşaqlara həkimlər lazımi kömək göstərir. 

Tibb işçilərinin sözlərinə görə, müasir tibb qadınlara irəli yaşlarına baxmayaraq ana olmaq şansını verir. Adı açıqlanmayan qadının isə hansı yolla hamilə qaldığı açıqlanmayıb.