Bu da dünyanın ən yaşlı adamı

09 Mart, 2019 14:43 | Həyat Tərzi | Baxış sayı: 146
Kane Tanaka
Kane Tanaka

Tanakanın ən sevimli məşğuliyyəti riyaziyyatdır

Dünyanın ən yaşlı insanının adı açıqlanıb. İstiPress-in məlumatına görə, bu dəfə də adını Ginessin Rekordlar kitabına yazdıran bir yapon olub. 116 yaşlı qadən - Kane Tanaka ölkənin cənub-qərbində bir qocalar evində yaşayır. Ona "dünyanın ən yaşlı adamı" sertifikatı ailəsinin və bələdiyyə başçısının da iştirak etdiyi mərasimdə təqdim edilib. 

Tanaka stoüstü oyunları və riyaziyyatı çox sevir. Bir əsrdən artıq yaşı olan qadın hər gün səhər saat 06-da yuxudan oyanır.

Ailədə 8 uşaqdan 7-cisi olan ahıl qadın 1903-cü ildə 2 yanvarda dünyaya gəlib. 1922-ci ildə ailə quran qadının 4 övladı olub, 1 uşağı isə o övladlığa götürüb. 

Kane Tanakadan öncə ən yaşlı insan adına 117 yaşlı Çiyo Miyako sahib idi. Yaponiyalı qadın ötən il dünyasını dəyişib. 

Ginnesin Rekordlar kitabındakı məlumata görə, dünyanın ən uzunömürlü sakini fransız Janna Luis Kalment olub. O düz 122 il ömür sürüb.