Keçmiş prezident yemək şousu aparacaq?

09 Mart, 2018 12:18 | Həyat Tərzi | Baxış sayı: 97
Barak Obama və Mişel Obama
Barak Obama və Mişel Obama

Dünyanın ən güclü dövlətini idarə edən Obama danışıqlara başladı

ABŞ-ın keçmiş prezidenti Barak Obama öz şousunu hazırlayacaq. İstiPress-in məlumatına görə, dünyanın ən qüdrətli dövlətini illərlə idarə edən ilk qaradərili prezident efirdə yemək bişirəcək. 

İndi o Amerikanın məşhur "Netflix" şirkəti ilə şousu ilə bağlı danışıqlar aparır. Yerli mətbuatının məlumatına görə, artıq danışıqlar yekun mərhələdədir. "Netflix" 56 yaşlı Obama və xanımı Mişelə olduqca yaxşı qonorar ödəməyə hazır olduğunu deyib. Lakin hələlik məbləğ, razılaşmanın digər detalları açıqlanmır. Ancaq verilişin sağlam qidalanmaya aid olacağı istisna deyil. 

Qeyd edək ki, bundan öncə də ona sağalamlıq, seçici hüququ, daxili siyasət, planetdə iqlim dəyişməsi ilə bağlı proqramlarda moderatorluq təklifləri olub.