Milyonların izlədiyi azərbaycanlı blogerdən anasına 8 mart sürprizi VİDEO

09 Mart, 2018 11:17 | Həyat Tərzi | Baxış sayı: 644
Hüseyn Həsənov
Hüseyn Həsənov

Ana göz yaşlarını saxlaya bilmədi

Rusiyanın ən məşhur blogerlərindən biri, əslən azərbaycanlı olan Hüseyn Həsənov 8 Mart Beynəlxalq qadınlar günü münasibəti ilə anasına qeyri-adi hədiyyə edib. İstiPress-in məlumatına görə, bloger anasına maşın bağışlayıb. O, hədiyyə etdiyi son model "Mercedes" markalı maşını güllərlə bəzəyib, üzərində isə ləçəklələr "mama" (ana) yazıb. 

Anasını gözləri bağlı şəkildə binadan çıxaran Hüseyn ona qızılgüllərdən iri buket verib və təbrik edib. Bu zaman hər iki tərəf göz yaşlarını saxlaya bilməyib. 

Bloger bu anlarının görüntüsünü "İnstagram" hesabında paylaşıb. Qısa müddət ərzində azərbaycanlı gəncin anasına sürprizini 5 milyondan artıq insan izləyib. 

Bir neçə gün öncə Rusiyada yaşayan Hüseyn Həsənov rus polisi tərəfindən saxlanmışdı. Buna səbəb isə Həsənov "İnstagram"da zarafat məqsədilə bank soyacağını yazması olub.

Xatırladaq ki, Hüseyn Həsənov 1994-cü ildə Sankt Peterburqda anadan olub. "İnstagram"ın ən məşhur blogerlərindən biridir. Onun milyonlarla izləyicisi var. Bir müddət öncə verilişlərdən birində qonaq olan Hüseyn paylaşdığı hər videonun 20 milyon izlənməsi olduğunu, hər posta görə, 600-700 min rubl (təqribən 18 min manat) qazandığını deyib.