Düz qarın, mədə ağrısı ilə xəstəxanaya getdi, uşaq doğdu FOTO

09 Mart, 2018 16:20 | Həyat Tərzi | Baxış sayı: 417
Şarlotta Tomson
Şarlotta Tomson

21 yaşlı gənc 9 ay hamiləliyindən xəbərsiz olub

Mədə ağrısı ilə xəstəxanaya gedən qadın qucağında körpə ilə oranı tərk edib. İstiPress-in məlumatına görə, qəribə hadisə İngiltərədə baş verib. 21 yaşlı Şarlotta Tomson mədəsindəki sancı və qanaxma ilə xəstəxanaya aparılıb.

Gənc qadın həkimlərin müayinəsindən sonra həyatının şokunu yaşayıb. Belə ki, həkimlər onun 9 aylıq hamilə olduğunu deyiblər. Qarnında demək olar ki, heç bir şişkinlik olmayan, müntəzəm olaraq menstruasiya olan gənc hamilə ola biləcəyini ağlının ucundan belə keçirməmişdi. 

O paylaşdığı fotolarında da modeldən fərqlənməyən görüntüsü ilə diqqət çəkib. Hətta fotolardan bəziləri əslində onun bətnində 8 aylıq qızı olarkən lentə alınıbmış.

Tomson 9 ayda 1 kq 360 qram çəki alıb. Gənc qadının sözlərinə görə, heç bir bilgi sahibi olmadan, 9 ay bətnində övlad olduğunu belə anlamadan ana olmaq əslində çox qorxuducudur. "Amma Molliyə sahib olduğum üçün çox şanslıyam".