Ömrü 10 il uzatmağın yolu

09 Yanvar, 2020 10:50 | Həyat Tərzi | Baxış sayı: 146
İdman
İdman

Amerikalaı və avropalı alimlər riskə səbəb olan əsas 5 faktoru açıqladı

Faydalı vərdişlər, o cümlədən müntəzəm fiziki fəallıq və sağlam qida insan ömrünü 10 ilə kimi uzada bilər. Harvard  və Amsterdam universitetinin alimləri belə qənaətə gəliblər. 

Onların uzun müddət apardığı araşdırmalarında 50 yaşlarında olan 100 mindən çox insan iştirak edib. Tədqiqatlar başlayandan bu şəxslərin heç bir xəstəliyi olmayıb. Onların səhhəti ilə bağlı izləmələr 20 ilə yaxın davam edib.

Daha sonra onlarda ürək-damar, xərçəng, 2-ci tip şəkər xəstəliyi yaranması halları izlənilib. Bu mərhələdə mütəxəssilər  xəstəliyin hansı yaşda başlaması və xəstənin nə qədər yaşamasına diqqət ediblər.

Aparılan yoxlamalardan sonra riskə səbəb olan 5 faktor müəyyən edilib -  siqaret, içkidən çox istifadə, şəkər, çox yağlı yeməklər - qeyri-sağlam qida, az fiziki fəallıq, artıq çəki.

Ən azı 4-5 faydalı vərdişi -  sağlam qida, fiziki fəallıq, siqaretdən tam imtina, normal çəkiyə nəzarət olan qadınlar 84,4 ilə kimi həyatlarını uzada biliblər. Bunlardan hər hansı birinə riayət etməyənlərdə isə ömür göstərici 73 il olub. Kişilərdə isə bu rəqəmlər 81,1 və 73,5 il arasında dəyişib.