Putindən ilhamlanıb ətir yaratdılar

09 Yanvar, 2019 10:40 | Həyat Tərzi | Baxış sayı: 44
Vladimir Putin
Vladimir Putin

Yeni flakonların üzərini prezidentin fotosu və gerb bəzəyir

Rusiyada prezident Vladimir Putinin adını daşıyan ətirlər istehsal edilməyə başlayıb. Bu ətirlər həm qadınlar, həm də kişilər üçün nəzərdə tutulub. 

Parfümün flakonunda prezidentin fotosu və ölkənin gerbi əks edilib. "Number One" (Bir nömrə) və "Russian woman" (Rusiyalı qadın) adlandırılan ətirlərin qiyməti 10 min rubldur. Hədiyyəlik qutuda isə bu 19 minə başa gələcək. 

Artıq prezidentin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov da yeni məhsulla bağlı açıqlama verib. O, bildirib ki, prezidentin adından kommersiya məqsədi ilə istifadə arzuedilən deyil. 

Xatırladaq ki, Putin obrazından müntəzəm olaraq müəyyən aksesuar və ya əşyaların dizaynında istifadə edilir. Məsələn, ötən il onun portreti olan boşqablar satışa çıxmışdı.