Ən qoca amerikalı öldü

09 Yanvar, 2019 11:38 | Həyat Tərzi | Baxış sayı: 77
Lesli Braun
Lesli Braun

Onun bir əsrdən çox yaşamasının sirri şirin kartofda olub

Ən yaşlı amerikalı dünyasını dəyişdi. İstiPress-in məlumatına görə, söhbət 114 yaşlı Lesli Braundan gedir. Braun ötən gün  Ohayo ştatında, Klivlend şəhərində vəfat edib. 

Qadın 1904-cü ildə Corciya ştatında doğulub. Ailədə 11 uşaq olublar.

Leslinin özünün isə 5 övladı doğulub. Onlardan üçü qız, ikisi isə oğlan olub. Həyat yoldaşı ötən əsrdə - 1991-ci ildə vəfat edib.

Son illərini amerikalı qadın qızlarındna birinin evində keçirib. 

Qaradərili qadının özünəməxsus uzunömürlük sirri olub. Qohumlarının fikrincə, bu şirin kartof (batata) bitkisindən istifadə idi.