Bütün müştəriləri çılpaqlar olan restoran bağlanır FOTO

09 Yanvar, 2019 14:15 | Həyat Tərzi | Baxış sayı: 232
Nudist restoranı
Nudist restoranı

Səbəb müştərilərin olmamasıdır

Qalmaqallı açılışı ilə yadda qalan Parisin ilk çılpaqlar restoranı bağlanır. Buna səbəb nudist müştərilərin qıtlığıdır.  "O'naturel" 2017-ci ilin dekabrında paytaxtın cənub-qərbində fəaliyyətə başlayıb. Lakin işlər restoran qurucularının istədikləri kimi getməyib. Müştəriləri olmayan restoran 15 ay sonra qapanma qərarı verib. 

Məkan sahibləri Mayk və Stefan Saada son dəfə çılpaq formada yemək yeməyi sevənlərə müraciət ediblər. Onlar müştərilərdən restorana kütləvi halda gəlmələrini xahiş ediblər, əks halda fevralda fəaliyyətlərini dayandıracaqlar. 

Restoran Parisin ən lüks istiqamətlərindən birində yerləşib. Burda müştərilər ancaq rezervasiya ilə qəbul edilirdilər. 20 yaşdan aşağı müştərilərin içəri daxil olması üçün isə valideynin icazəsi şərt idi. 

Yeməkdən öncə bütün müştərilər əyinlərində olan geyimlərin hamısını və mobil telefonlarını qardiroba təhvil verməlidir. 20 masalıq restorandakı qiymətlər isə 39-49 avro arasıdır. 

Xatırladaq ki, Fransada nudistlər üçün xüsusi ayrılmış 460 mkan var. Ancaq bunların çoxu çimərliklərdir.