Berdimuhəmmədov portretlərini dəyişir - saçı ağarıb

09 Yanvar, 2019 12:12 | Həyat Tərzi | Baxış sayı: 66
Qurbanqulı Berdimuhəmmədov
Qurbanqulı Berdimuhəmmədov

Prezidentin yeni şəkilləri 5 manata satılır

Türkmənistan prezidenti Qurbanqulı Berdimuhəmmədovun dövlət qurumlarındakı portretləri dəyişdirilir. Bu müəssisələr arasında xəstəxanalar, məktəblər, konsert zalları, hava limanı və s. yerlər də var.

Qara saçlarla əks edilən portretin yerini isə prezidentin başına dən düşən fotoları alacaq. İndi Türkmənbaşının "ötən mövsüm"ə aid olan fotoları endirimlə satılır. Prezidentin saçları ağarmış portretinin qiyməti 5, qara saçlısı isə 4 manatdır. 

Berdimuhəmmədov 2006-cı ildən sonra ilk dəfə olaraq ötən ilin avqust ayında ağ saçlarla ictimaiyyət arasında görünməyə başlayıb.