Whatsapp rekord qırdı

09 Yanvar, 2017 18:21 | Həyat Tərzi | Baxış sayı: 131
"WhatsApp"
"WhatsApp"

Yeni il gecəsi tətbiq üzərindən 63 milyard mesaj yazılıb

Günlük həyatımızın əvəzolunmazı, uşaqdan böyüyə hərkəsin istifadə etdiyi WhatsApp sürətlə böyüməyə davam edir. İstiPress "İndianexpress.com" saytına istinadən xəər verir ki, yeni il gecəsi 63 milyard mesajın yazıldığı tətbiq rekorda imza atdı.

"Yeni ildə 63 miyard mesaj yazıldı"

GSM operatorlarının puluz mesajlaşma paketlərinin olmasına baxmayaraq çox saylı ağıllı telefon istifadəçisi WhatsApp tətbiqini üstün tutur və xususi günlərdə belə təbrik mesajlarının çoxu WhatsApp üzərindən göndərilir. Belə ki yeni il gecəsi WhatsApp üzərindən 63 milyard mesaj göndərildi, bu mesajların 7.9 milyardı şəkil, 2.4 milyardı videodan ibarətdir .

2016 aprel ayında WhatsApp və Messenger üzərindən gündəlik 42 milyarda yaxın mesaj göndərilirdi. Aprel ayında şifrələmə xususiyəti əlavə olunan WhatsApp, noyabrda isə çoxdan gözlədiyi video zəng xususiyətinə qovuşdu.WhatsApp-ın bu qədər çox istifadə olunmasında şüphəsizki bu xususiyətin rolu böyükdür.