Diqqət: Bitki çayları zərər verir

09 Yanvar, 2017 21:32 | Həyat Tərzi | Baxış sayı: 135
Bitki çayı
Bitki çayı

Bitki çayları doğru istifadə olunmadıqda zərər verir

Bitki çayları doğru istifadə olunmadıqda faydadan çox, zərər verir. İstiPress-in Türkiyənin "habersoy.com" saytına istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Yeditəpə Universitetinin professoru Ərdəm Yeşilada bildirib.

Onun sözlərinə görə, bitki çayları vitamin mənbəyi və bir çox xəstəliklərin müalicəsinə kömək edir. Amma tərkibi bilinməyən bitkilər istifadədən əvvəl mütləq araşdırılmalıdır: "Havaların soyuq keçdiyi qış aylarında xəstəliklərdən qorunmaq üçün immuniteti gücləndirmək vacibdir. Bu baxımdan cökə çayı, zəncəfil, adaçayı, itburnu kimi bitki çayları çox faydalıdır. Ancaq bitki çaylarından gözlənilən faydanı əldə etmək üçün məlumatlı şəkildə hazırlanmalıdır. Haradan toplandığı bilinməyən, açıqda satılan və məlumatsız şəkildə hazırlanan bitki çayları faydadan çox, zərər verir". 

Ə.Yeşilada deyib ki, düzgün şəkildə dəmlənmiş bitki çayları ilə immuniteti gücləndirmək olar: "Həmin bitkilərin dəmlənməsindən 2-3 fincan qəbul etməklə orqanizmin məruz qaldığı bakteriyalara qarşı immuniteti gücləndirmək mümkündür".