2018-ci ili bu rəngdə qarşılayın

08 Dekabr, 2017 13:22 | Həyat Tərzi | Baxış sayı: 461
Yeni il atributları
Yeni il atributları

İt ilinin ən uğurlu rəngi

Gəlişinə sayılı günlər qalan 2018-ci ilin rəngi açıqlanıb. İstiPress-in məlumatına görə, mütəxəssislər ənənəvi seçimlərini ediblər. 

İt ili bənövşəyi rəng üzərində təhvil veriləcək. Yəni 2018-ci ilin ən uğurlu rəngi məhz bənövşəyi olacaq və yeni ili bu rənglə qarşılamaq uğurlu ola bilər.  

Bu nəticəyə Amerikanın "Pantone" şirkəti gəlib. "Bu rəng yaradıcılığa ilhamlandırır", deyə açıqlamada bildirilir. 

Xatırladaq ki, adçəkilən şirkət hər ilin ən uğurlu rənglərinin kataloqunu hazırlayır. Bu ilin rəngi isə yaşılın açıq rəngi (sarıya çalan) seçilmişdi.