Sevdiyi qız atdı, 2 dəqiqə sonra varlandı

08 Noyabr, 2019 10:51 | Həyat Tərzi | Baxış sayı: 104
At yarışı
At yarışı

Avstraliyalı oğlan at yarışlarının qalibi olub

Avstraliyada yoxsul olduğu üçün sevdiyi qızın atdığı oğlanın bəxt üzünə gülüb. Melbrunda yaşayan gənc ayrılıqdan 2 dəqiqə sonra varlanıb.

Gənc qız avstraliyalı oğlana ondan ayrılmaq niyyətində olduğunu deyib. Bunu isə onun heç nəyinin olmaması ilə əsaslandırıb. Bu zaman isə gənc oğlan mərc oyunlarına qoşulduğu at yarışlarını izləyib. Eşitdiklərindən şoka düşən gəncin diqqəti yayınıb və o atların hansının finişə tez çatdığını bilməyib.

Yalnız bir neçə dəqiqə sonra,  qız qapıya yaxınlaşanda o uduşundan xəbər tutub və qışqırıb. Məhz bu zaman onun 35,2 milyon rubl (təqribən 300 min avro) pul udduğu bəlli olub. Uduşu eşidən qız da geri addım atmağa qərar verib.