Pişik körpəni ölümdən belə xilas etdi VİDEO

08 Noyabr, 2019 09:15 | Həyat Tərzi | Baxış sayı: 105
Pişik
Pişik

Pişiyin anı sıçrayışı ilə uşaq yolunu dəyişib

Kolumbiyada pişik yaşadığı evdə olan körpə uşağın həyatını xilas edib. Evdəki təhlükəsizlik kamerasına düşən görüntülər internetdə ən çox baxılanlar sırasına düşüb.

Hadisə paytaxt Boqotada qeydə alınıb. Ev pişiyi otaqdakı divanda uzanmış olub. Bu zaman körpə iməkləyərək pilləkənların başına gedib. Bunu görən pişik anı sıçrayış edərək uşağın qarşısına keçib, ona yolunu davam etdirməyə imkan verməyib.

Məhz pişiyin sayəsində otaqda nəzarətsiz qalan körpə yolunu dəyişərək məkanın mərkəzinə qayıdıb.