6 yaşlı qız ölən atasına məktub yazdı, cavab aldı

08 Noyabr, 2019 10:20 | Həyat Tərzi | Baxış sayı: 105
Poçtalyon
Poçtalyon

Poçt işçilərindən göz yaşardan addım

İngiltərədə ölən atasına məktub yazan 6 yaşlı qız cavab alıb. Bu hadisə Çeşir qraflığının Uidnes şəhərində baş verib. 

Altı yaşlı Holli Morqan atasını ötən ilin yayında itirib. Lakin azyaşlı bunu qəbul edə bilməyib və anası ilə daim onu haqqında danışıb. Holli atasına məktub yazmağa və onu atasının sevimli futbol klubunun rənglərində olan şarla səmaya göndərməyə qərar verib. Bunun üçün ən yaxşı zamanı - oktyabrı, atasının ad gününü seçib. 

Məktubun üzərində o çatdırılma ünvanı kimi "Səmaya- atama" yazıb. Poçt işçiləri cavab gələndə mütləq ona xəbər verəcəklərini deyiblər. Bir neçə gün sonra Hollinin poçt qutusunda bir məktub tapılıb. Orada qeyd edilib ki, məktub qalaktikadan, ulduzlardan keçərək uğurla ünvanına çatdırılıb. 

"Holli məktubu alanda o qədər xoşbəxt oldu ki... Bu ona faciə ilə barışmağa kömək oldu. İndi o düşünür ki, istədiyi vaxt atası ilə əlaqə qura bilər" deyə, azyaşlının anası bildirib.