Turistlərin ən çox getdiyi ölkə

08 Sentyabr, 2018 14:18 | Həyat Tərzi | Baxış sayı: 91
Çimərlik
Çimərlik

Siyahıda hər il minlərlə azərbaycanlının istirahət üçün üz tutduğu Gürcüstan da var

Turistlərin ən çox getdiyi ölkənin adı açıqlanıb. Ümumdünya Turizm Təşkilatının apardığı araşdırmalara görə, bu Fransadır. Milyonlarla turist hər il istirahət etmək, tətilin dadını çıxarmaq üçün məhz bura üz tutur. 

hesablamalara görə, dünyada hökm sürən böhranlara baxmayaraq  beynəlxlaq turizmin həcmində azalma qeydə alınmayıb. Belə ki, ancaq 2017-ci ildə əvvəlki illə müqayisədə 6,8 faiz artım olub.

Reytinq siyahısında birinci yeri tutan Fransanı bir ildə 86,7 milyon insan ziyarət edib. İkinci pillədə 81,8 milyon turistlə ispaniya qərarlaşıb. İlk üçlüyü 75,9 milyonla ABŞ qapayır. Beşlikdə isə Çin (60,7) və İtaliya (58,3) var. 

Ekspertlər turizmi ən sürətlə inkişaf edən ölkələrin də adlarını müəyyən ediblər. Burada Misir (55,1%, Toqo (46,7%), San Marino (31,1%), Vyetnam (29,1%) və Gürcüstan (27,9%) var.