Min bir dərdin dərmanı - bişirib yesəniz 24 saatda görəcəksinizki...

08 Sentyabr, 2018 15:52 | Həyat Tərzi | Baxış sayı: 334
Sarımsaq
Sarımsaq

Alternativ tibbin şəfa qaynağı

Sarımsaq- bu mikroblarla mübarizədə ən effektli təbii vasitədir. Onun sağlamlıq üçün faydaları elmi araşdımalara belə mövzu olub. Yüzillərlə müxtəlif xəstəliklərin müalicəsində istifadə edilən sarımsaq alternativ tibbin ən dəyərli şəfa qaynağıdır. Bəs sarımsağı bişirib yedikdə təsirlərini daha tez hiss edə biləcəyinizi bilirdiniz? Bu tərəvəzin bişmişi də ən azı çiyi qədər faydalıdır. 

İstiPress bir neçə bişmiş sarımsaq yedikdən sonra 24 saat ərzində nəyin baş verə biləcəyini təqdim edir: 

Xolesterolun səviyyəsi tənzimlənir, damarlar təmizlənir. Bu isə ürək xəstəliklərindən qoruyur. 

Təbii antibiotikdir. İmmuniteti gücləndirir, qripə yoluxmanın qarşısını alır.

Bədəndəki ağır metalların, toksik maddələrin atılmasına kömək edir. 

Halsızlığı aradan qaldırır. Hüceyrələri yeniləyir, onları daha uzunömürlü edir.