Qurban ətini necə yeyək?

08 Avqust, 2019 12:49 | Həyat Tərzi | Baxış sayı: 186
Ət
Ət

Qoyunu kəsən kimi bişirmək olmaz

Qurban bayramına sayılı günlər qalıb. Bir neçə gündən sonra bütün dünyada müsəlmanlar müqəddəs bayramı qeyd edəcək - qurbanlar kəsəcəklər. Bayramın yay aylarına təsadüf etməsi qurban ətinin saxlanma, yeyilmə şəraitinə də təsir edir. Bəs Qurban ətindən istifadə necə olmalıdır?

Adətən ət kəsilən kimi ondan yemək bişirməyə çalışırlar. Ancaq qurbanı kəsilən kimi istifadə etməmək məsləhətdir. Kəsdikdən sonra qurbanın qanının axması üçün sərin bir yerdə azı bir saat asılı qalması və ya buz dolu qabda 15-20 dəqiqə saxlamaq lazımdır. Bu yolla damarlarda qalan qan da ətdən xaric olmağa imkan tapır. 

Əti acıq şəraitdə çox saxlamaq olmaz, o dərhal sahiblərinə verilməlidir. Saxlanılacaq məhsul isə birdəfəlik bişirilmək üçün nəzərdə tutulan paketlərə yerləşdirilməlidir. Soyuducudan çıxarılan əti iknci dəfə dondurmaq yolverilməzdir. 

Əti çox xırda tikələrə bölməyə ehtiyac yoxdur. Çünki bu halda onun üzərindəki bakteriyalar daha da çoxalır. 

Qurban ətinin ən doğru bişirilmə forması öz yağında qovurmaqdır. Ona mövsümə uyğun olaraq pomidor, bibər kimi tərəvəzlər də əlavə edilə bilər. Əti yanında ayran, salat kimi yüngül qidalarla təqdim etmək məsləhətdir.