Ən seksual qadın seçildi FOTOLAR

08 İyun, 2018 10:21 | Həyat Tərzi | Baxış sayı: 657
Keyt Apton
Keyt Apton

Qabarıq bədən ölçüləri 25 yaşlı modeli lider etdi

2018-ci ilin ən seksual qadının adı indidən bilinib. İstiPress-in məlumatına görə, bu ada ən cazibədar model və aktrisalardan biri hesab edilən Keyt Apton layiq görülüb.

Kişilər üçün nəzərədə tutulan "Maxim" jurnalı "Hot 100" (Qaynar 100) seçimini indidən edib. Lakin hələlik siyahıda kimlərin adının olduğu açıqlanmayıb. 

Jurnalın xüsusi buraxılışı üçün 25 yaşlı gözəlçə ilə İsraildə fotosessiya edilib.

Qeyd edək ki, bu aktrisanın ilk uğuru deyil. 2008-ci ildə moda aləmində üzə çıxmağa başlayan Keyt qısa müddətdə ən aparıcı brendlərin simasına çevrilib. Xüsusi ilə alt paltarları, çimərlik geyimləri istehsalçılarının. Diqqətçəkən bədən ölçüləri ilə o bundan öncə də bir necə dəfə "ən seksual qadın" adını qazana bilib.

"Maxim" isə 18 ildir ki, hər il "ən seksual qadın" seçimini edir. Bu il birincilik adı uğrunda Kim Kardaşyanın model bacısı Cenner, Bella Hadid və İvanka Tramp mübarizə aparıb.