7 məscid bağlanır, imamlar deportasiya edilir

08 İyun, 2018 14:20 | Həyat Tərzi | Baxış sayı: 163
Avstriyada məscid
Avstriyada məscid

Avstriyanın qərarı Türkiyəni hiddətləndirdi

Avstriya 7 məscid bağlanacaq. Mühafizəkar hökumət xaricdən maliyyə alan imamların deportasiya edib, məscidləri də bağlayacaq.

İstiPress-in məlumatına görə, bunu baş nazir Sebastian Kurz deyib. Onun sözlərinə görə, bağlanması haqqında qərar verilən məscidlərin arasında paytaxt Vyanadakı Antonsplatz ünvanındakı ibadət ocağı da var. Bundan başqa 11 imam ölkədən deportasiya ediləcək. Daha 40 din xadiminin Avstriyada yaşamaq iznini itirə biləcəyi bildirilir. 

2016-cı ildə Türkiyənin də maddi yardım göstərdiyi məsciddə Çanaqqala savaşının canlandırılması ölkənin gündəmində böyük yer tutmuşdu. Uşaqların üzəri türk bayraqları ilə fotoları ölkə ictimaiyyətində birmənalı qarşılanmayıb. Baş nazir Vyanadakı məsciddə uşaqların əsgər və şəhid rollarını canlandırmasından sonra müvafiq qərarın verildiyini bildirib."Siyasi İslamın ya da radikallaşmanın toplumda yeri ola bilməz".

Kurz daha öncə də bu məsələ ilə bağlı açıqlamasında narazılığını dilə gətirmişdi. "Bu yaşananların Avstriyada yeri yoxdur. Hökumət olaraq belə məsələlərdə sıfır tolerantlıq göstərəcəyik". 

Avstriyanın bu qərarına ilk reaksiyanı Türkiyə prezident sarayının sözcüsü İbrahim Kalın verib. O, "Twitter" səhifəsində öz iradını bildirib: "Avstriyanın sudan səbəblərə görə yeddi məscidi bağlaması və imamları deportasiya etməsi bu ölkədə İslama qarşı irqçili və ayrıseçkilik dalğasının nəticəsidir".