Ramazanın 3-cü günü

08 May, 2019 08:50 | Həyat Tərzi | Baxış sayı: 55
Ramazan ayı
Ramazan ayı

Günün duası və iftar vaxtı

Bu gün Ramazan ayının üçüncü günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 8-də Bakıda imsak saat 03:54-də olub. İftar isə saat 19:58-dədir.

Ramazan ayının 3-cü gününün duası:

"Allahummərziqni fihiz-zihnə vət-tənbih. Və baidni fihi minəs-səfahəti vət-təmvih. Vəc-əl nəsibən min küli xeyrin tunzilu fih. Vicudikə ya əcvədəl-əcvədin".

"İlahi, bu ayda mənə güclü ağıl və ayıq-sayıqlıq ver, pis şeylərdən və qafillikdən uzaq et. Ey Səxavətlilərin Səxavətlisi, Öz səxavətin xatirinə bu ayda nazil etdiyin hər xeyirdən mənim də nəsibimi ver".

Allah orucunuzu qəbul etsin!