Yaya hazırlıq gedir
Turizm mövsümünün yaxınlaşması Nabranda hazırlıq işlərini sürətləndirib.
İstiPress-in şimal bürosunun məlumatına görə, uzun illər bərbad və baxımsız vəziyyətdə olan Xudat-Nabran yolunun yenilənməsinə start verilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun birbaşa göstərişilə reaallaşan işlərə artıq bir müddətdir başlanılıb. Verilən məlumata görə, eni 8 metr, uzunluğu 25 km olan Nabran yolunda hazırlıq işləri başa çatıb, 17 km məsafədə indiyədək 1-ci qat asfalt döşənibvə işlər davam etdirilir.
Nabrana asfalt yolun çəkilməsi həm sakinlərin, həm də indidən dəniz havası almaq istəyən turistlərin ürəyincədir. Hesab edilir ki, abad yol görən turistlər bu yay daha çox axışacaq.